Bank Of Baku

Gələn il Azərbaycanda gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacaq

Gələn il Azərbaycanda gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılacaq
# 07 noyabr 2008 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 mln. manat həcmində vəsait nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Bu vəsait gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan İpoteka Fondu (AİF) vasitəsi ilə sosial ipotekanın maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırladaq ki, 2008-ci ildə ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən AİF-ə 34 mln. manat həcmində vəsait ayrılıb. Bu rəqəm 2005-ci ildə 6 mln. manat, 2006-cı ildə 20 mln. manat, 2007-ci ildə isə 20 mln. manat təşkil edib. Son qaydalara əsasən, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi illik 8% təşkil edir. Bank-agentlər isə AİF-dən vəsaiti illik 2% dərəcəsi ilə alır. Sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi isə maksimum 4%-ə bərabərdir. Cari ilin əvvəlindən ipoteka kreditləri maliyyələşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR