Bank Of Baku

Son bir ildə Azərbaycanda uzunmüddətli bank kreditlərinin həcmi iki dəfə artıb

Son bir ildə Azərbaycanda uzunmüddətli bank kreditlərinin həcmi iki dəfə artıb
# 07 noyabr 2008 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kreditlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 6 605 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu göstəricisi il ərzində 75,2%, cari ilin əvvəlindən isə 41,1% artıb. Sentyabr ayında kredit portfelinin həcminin artımı 150 mln. manat və ya 2,3% təşkil edib. Müqayisə üçün bildirək ki, cari ildə kredit portfelinin orta aylıq artımı 205,3 mln. manata bərabər olub.
Son bir il ərzində fiziki şəxslərə verilən kreditlərin həcmi 72,3% artaraq 2 433,3 mln. manata, cəmi kredit qoyuluşlarında fiziki şəxslərə verilən kreditlərin xüsusi çəkisi isə 37,7%-ə çatıb. Ümumilikdə, real iqtisadiyyatla bağlı olmayan sahələrə, yəni ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət və xidmətlər sektoruna verilən kreditlərin ümumi kredit portfelində payı 62,1%-dir:




Azərbaycanda kredit portfelinin artım dinamikası çox yüksəkdir:




Cari ilin sentyabr ayının yekununda ötən ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli kredit qoyuluşları 38,1% artdığı halda, uzunmüddətli kredit qoyuluşları 99% artıb. Nəticədə, təhlil olunan dövr ərzində kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 8,3 faiz bəndi artaraq oktyabrın 1-nə 69,1%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR