Bank Of Baku

Azərbaycan İpoteka Fondu üçün bu ilki dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitin 65%-i ayrılıb

Azərbaycan İpoteka Fondu üçün bu ilki dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitin 65%-i ayrılıb
# 07 noyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 34 mln. manatdan 22 mln. manat (təxminən 65%) həcmində vəsait Maliyyə Nazirliyi tərəfindən Azərbaycan İpoteka Fonduna (AİF) köçürülüb. Ayrılan vəsait ötən illər ərzində müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilib. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.
Dövlət büdcəsindən İpoteka Fonduna ayırmalar 2005-ci ildə 6 mln. manat, 2006-cı ildə 20 mln. manat, 2007-ci ildə isə 20 mln. manat təşkil edib. Son qaydalara əsasən, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi illik 8% təşkil edir. Bank-agentlər isə AİF-dən vəsaiti illik 2% dərəcəsi ilə alır. Sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi isə maksimum 4%-ə bərabərdir. Cari ilin əvvəlindən ipoteka kreditləri maliyyələşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR