Bank Of Baku

«UniLeasing» şirkəti «New Holland/CIFA tikinti texnikasının lizinqi» layihəsi üzrə investisiyaları 10 mln. dollara çatdırıb

«UniLeasing» şirkəti «New Holland/CIFA tikinti texnikasının lizinqi» layihəsi üzrə investisiyaları 10 mln. dollara çatdırıb
# 07 noyabr 2008 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin «New Holland/CIFA tikinti texnikasının lizinqi» layihəsi çərçivəsində ümumi investisiyalarının həcmi 10 mln. ABŞ dollarına çatıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «New Holland/CIFA» şirkətinin Azərbaycandakı distribütoru olan «Grand Motors» şirkəti 2007-ci ilin sonundan fəaliyyət göstərir və həmin tarixdən indiyədək 43 tikinti texnikasını lizinqə verib və bunların ümumi həcmi 10 mln. dollar təşkil edir.
Xatırladaq ki, layihə 2007-ci il avqust ayının sonundan başlayıb. Layihənin şərtlərinə uyğun olaraq, ekskavator, buldozer və yükvuran maşınları illik 16% dərəcəsi ilə 48 aya qədər lizinq vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, ABŞ «EximBank»ı «UniLeasing» şirkətinə 2,5 mln. dollarlıq kredit xəttinin açılmasını təsdiqləyib. ABŞ bankı tərəfindən ayrılan uzunmüddətli kredit şirkətin lizinq layihələrinin maliyyələşdirilməsi, eyni zamanda vəsaitlərin bir hissəsinin şirkətin «New Holland tikinti texnikasının lizinqi» layihəsi çərçivəsində tikinti texnikasının idxalına sərf edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR