Bank Of Baku

Azərbaycan gələn il bələdiyyələrin maliyyələşdirilməsini artırmayacaq

Azərbaycan gələn il bələdiyyələrin maliyyələşdirilməsini artırmayacaq
# 07 noyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsindən bələdiyyələrə 3,5 mln. manat həcmində dotasiyanın ayrılması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin daimi komissiyalarının birgə iclasında gələn ilki büdcənin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi 2008-ci ilin analoji göstəricisi səviyyədə qalıb.
S.Şərifovun sözlərinə görə, ümumilikdə bələdiyyələr fəaliyyətə başladığı dövrdən – 2000-ci ildən indiyədək bu qurumlara dövlət tərəfindən 26 mln. manat vəsait ayrılıb.
Qeyd edək ki, Azərbaycanda 2700-dən artıq bələdiyyə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR