Bank Of Baku

Azərbaycanın hər bir vətəndaşının 324 dollar xarici borcu var

Azərbaycanın hər bir vətəndaşının 324 dollar xarici borcu var
# 07 noyabr 2008 09:39 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına düşən xarici borc 324,3 dollar təşkil edib və ilin əvvəlinə olan analoji göstəricisi ilə müqayisədə bu göstərici 12,5% artıb. Kreditlərin ümumi daxili məhsula (ÜDM) nisbəti 6,9% təşkil edib ki, bu da 2008-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 1,3 faiz bəndi azdır.
Bununla yanaşı, ölkədə iqtisadi islahatların aparılması üçün cəlb edilən kreditlərin həcmi oktyabrın əvvəlinə 350,2 mln. dollar (12,5%), investisiya layihələri üçün cəlb olunan kreditlər isə 2 448,3 mln. dollar təşkil edib. İqtisadi islahatlar üçün cəlb edilən kreditlərin 81,9 mln. dolları (2,9%) Beynəlxalq Valyuta Fondundan, 268,3 mln. dolları isə (10,8%) Dünya Bankından alınıb.
İnvestisiya layihələri üçün cəlb edilən kreditlərin 1 105,9 mln. dolları (xüsusi çəkisi - 39,5%) elektrik enerjisi sektoruna, 216,9 mln. dolları (7,8%) kənd təsərrüfatı və meliorasiya, 585,3 mln. dolları (20,9%) yol tikintisi və nəqliyyat, 38,8 mln. dolları (1,4%) kimya sahəsinə, 161 mln. dolları (5,8%) neft və qaz sektoruna, 58 mln. dolları (2,1%) işğaldan azad olunmuş ərazilərin bərpasına, 192,9 mln. dolları (6,9%) sosial sahələrə, 89,4 mln. dolları isə (3,2%) digər sahələr üçün cəlb olunub.
Bu ilin yanvar-sentyabr ayları ərzində istifadə edilən kreditlərin həcmi 477,6 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR