Bank Of Baku

Azərbaycan gələn il müdafiə və təhlükəsizlik sahəsinə 2 mlrd. dollar ayıracaq

Azərbaycan gələn il müdafiə və təhlükəsizlik sahəsinə 2 mlrd. dollar ayıracaq
# 07 noyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinə dövlət büdcəsindən 2 mlrd. ABŞ dollarının ayrılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Deputatların dövlət büdcəsinin müdafiə xərclərinin funksional bölməsində nəzərdə tutulan vəsaitləri ötən illə müqayisədə az olması barədə narahatlığına münasibət bildirən S.Şərifov qeyd edib ki, büdcənin digər bölmələri üzrə olduğu kimi müdafiə və təhlükəsizlik sektoruna da investisiyaların yönəldilməsi nəzərdə tutulub və bu gün müdafiəyə yönələn vəsaitlərin xərclənməsi hökumətin nəzarəti altındadır.
Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsində müdafiə xərclərinin funksional bölməsi üzrə 1,205 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR