Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 16% artıb, inflyasiya isə 21%-i ötüb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 16% artıb, inflyasiya isə 21%-i ötüb
# 07 noyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2007-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,6% artaraq 2008-ci ilin ötən dövründə 8,7 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, dövriyyənin 16%-i hüquqi şəxslərin, 44,4%-i mütəşəkkil təşkil olunan yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,6%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.
Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 5,6 mlrd. manatlıq ərzaq, 3,1 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,1% və 30,1% artıqdır.
Cari ilin ilk 10 ayı ərzində əhaliyə 2,7 mlrd. manat həcmində və ya 29,7% çox pullu xidmət göstərilib. Xidmətlərin 79,7%-i hüquqi, 20,3%-i isə fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 343,2 manat həcmində və ya ötən ilin eyni dövründəkindən 399,6 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsinin həcmi hesablanarkən inflyasiya nəzərə alınmır. Bu göstərici ilə tarazlaşmış pərakəndə dövriyyə üzrə isə artım deyil, azalma müşahidə olunur. Əgər cari ilin 9 ayında inflyasiyanın 21,5% olduğunu nəzərə alsaq, 10 ayın yekununda bu göstərici payız mövsümü ilə əlaqədar ən azı düşməyəcəyini gözləmək olar. Yəni, pərakəndə dövriyyəsi və xidmətlərin göstərilən artımı əhalinin real alıcılıq qabiliyyətinin artdığını əks etdirmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR