Bank Of Baku

Samir Şərifov: «Azərbaycanda əhalinin SSRİ dövründən qalmış bank əmanətləri qaytarılarkən dövlətin iqtisadi maraqları da nəzərə alınmalıdır»

Samir Şərifov: «Azərbaycanda əhalinin SSRİ dövründən qalmış bank əmanətləri qaytarılarkən dövlətin iqtisadi maraqları da nəzərə alınmalıdır»
# 07 noyabr 2008 11:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökumət əhalinin SSRİ dövründən banklarda qalmış əmanətlərinin qaytarılması məqsədi ilə parlamentdə yaradılmış komissiyanın proseslə bağlı təkliflərini gözləyir. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifovun sözlərinə görə, bu gün əmanətləri qaytarmaq barədə qərar qəbul etmiş əksər MDB ölkələri maliyyə böhranları ilə üzləşib. Azərbaycan isə buna getmək niyyətində deyil: «Biz bunun bəzi ölkələrdə doğurduğu nəticələri görür və analiz edirik. Bu proses reallaşdırılacağı təqdirdə dövlətin ali iqtisadi maraqları da nəzərə alınmalıdır».
Qeyd edək ki, Azərbaycanda əhalinin SSRİ dövründən qalmış bank əmanətləri ilkin hesablamalarla 600 mln. manatdan (təxminən 800 mln. ABŞ dolları) çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR