Bank Of Baku

Azərbaycan banklarının xarici borcları tarixi maksimuma çatıb

Azərbaycan banklarının xarici borcları tarixi maksimuma çatıb
# 07 noyabr 2008 12:54 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, son vaxtlar bu göstəricinin kəskin artması müşahidə olunur. Belə ki, il ərzində bankların xarici öhdəliklərinin həcmi 3 dəfə, cari ilin əvvəlindən 2,1 dəfə, təkcə sentyabr ayında isə 25,2% artıb.
Qeyd edək ki, xarici öhdəliklərin cari ildə orta aylıq artımı 114,4 mln. manat təşkil etdiyi halda, sentyabrdakı artım 402,7 mln. manata bərabər olub. Ümumilikdə isə, kommersiya banklarının xarici öhdəlikləri tarixi maksimuma çatıb.
Bununla yanaşı bildirilir ki, kommersiya banklarının məcmu xarici aktivlərinin həcmi son bir ildə 80,8%, ilin əvvəlindən 2,9 dəfə, sentyabrda isə 28,7% artaraq oktyabrın 1-nə 1 458,1 mln. manata (təxminən 1,8 mlrd. dollar) çatıb. Bu göstərici üzrə də tarixi maksimum qeydə alınıb.
Bank sektoru üzrə digər mühüm göstərici olan xalis daxili aktivlərin həcmi isə 5 157,5 mln. manata çatıb ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 63,3%, ilin əvvəlinə nisbətən 26,9%, sentyabrın 1-nə nisbətən isə 1% çoxdur.
Eyni zamanda, bankların məcmu depozitlərinin həcmi oktyabrın 1-nə 4 016,2 mln. manat təşkil edib. Son bir ildə bu göstərici 38,5%, ilin əvvəlindən 26,2% artıb, sentyabrda isə depozitlərin həcmi 1,7% azalıb.
Ümumilikdə, kommersiya banklarının analitik balansının əsas göstəricilərinin dinamikası aşağıdakı kimi olub:




Göründüyü kimi, bankların xarici maliyyə münasibətlərinin göstəriciləri son iki il ərzində kəskin artıb, o cümlədən xarici öhdəliklərin artması bankların xarici likvidliyini kəskin azaldıb. Analoji vəziyyət bankların daxili maliyyə münasibətlərində də müşahidə olunur. Lakin qeyd edilməlidir ki, xarici aktivlərin xarici öhdəliklərə nisbəti 73%, daxili aktivlərin (xalis) daxili depozitlərə nisbəti 78% təşkil edib. Yəni, şərti mütləq göstəricilər və artım göstəriciləri çox yüksək həddə çatsa da, likvidlik əmsalları qənaətbəxş səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR