Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına əsasən, cari ilin 9 aylıq göstəricisi ötən ilin ümumi göstəricisini 46% üstələyir.
Cari ildə daxili valyuta bazarında ən yüksək göstərici iyul ayında qeydə alınıb:
Daxili valyuta bazarında əsas yeri ABŞ dolları üzrə aparılmış əməliyyatlar tutur. Belə ki, dollar üzrə bağlanmış əqdlərin həcmi yanvar-sentyabr aylarında 19 550 039,3 min dollara bərabər olub. Avro üzrə əməliyyatların həcmi 4 120 893,0 min avro, ingilis funtu üzrə 26 907,3 min funt, Rusiya rublu üzrə isə 21 828 421,2 min rubl təşkil edib.
Daxili valyuta bazarının illər üzrə dinamikasına nəzər salsaq, məlum olur ki, burada dövriyyələr son illər ərzində kəskin şəkildə artıb. Bu da iqtisadiyyatda olan artım prosesləri, bank əməliyyatlarının aktivləşməsi və xarici ticarətin artmasının nəticəsidir: