Bank Of Baku

Azərbaycanda «Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı»nın II hissəsi yaxın aylarda hazır olacaq

Azərbaycanda «Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı»nın II hissəsi yaxın aylarda hazır olacaq
# 07 noyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı»nın ikinci hissəsinin layihəsi yaxın aylarda müzakirə üçün ölkə hökumətinə təqdim olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə bildirib.
Z.Fətizadənin sözlərinə görə, proqramda vergi sisteminin Avropa vergi sisteminə inteqrasiyası, vergi inzibatçılığının daha da sadələşdirilməsi, inkişaf prioritetləri və s. aspektlər əksini tapacaq.
Qeyd edək ki, «Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı»nın birinci hissəsi 2006-2007-ci illəri əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR