Bank Of Baku

Azərbaycanda nağdsız dollar əməliyyatlarının 72%-i bankların daxilində aparılır

Azərbaycanda nağdsız dollar əməliyyatlarının 72%-i bankların daxilində aparılır
# 10 noyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın nağdsız valyuta bazarında 2008-ci ilin yanvar-sentyabr ayları ərzində ABŞ dolları ilə aparılan əməliyyatların həcmi 19 550 039,3 min dollar təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu həcmin 71,9%-i bankdaxili mübadilə əməliyyatları (BDMƏ), 18,2%-i açıq banklararası valyuta bazarı, 9,9%-i isə birja elektron sistemində ticarətin (BEST) payına düşür. Öz növbəsində BDMƏ-nin strukturunda 59,6% alış, 41,4% isə satış əməliyyatlarının payına düşür, yəni banklar müştərilərin tapşırığı ilə daha çox dolların alışı üzrə əməliyyat aparıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dollar üzrə əməliyyatların həcmi 2 dəfə artıb. Belə ki, keçən ilin 9 ayında valyuta bazarının sahələr üzrə strukturu aşağıdakı kimi olub: BDMƏ – 74,3%, açıq valyuta bazarı – 13%, BEST – 12,7%. Göründüyü kimi, bu il açıq valyuta bazarında keçirilən əməliyyatların həcmi artıb.
Maraqlıdır ki, bu ilin 9 ayında nağdsız dollarla aparılan əməliyyatların həcmi 2007-ci ilin ümumi göstəricisini 38% üstələyib. Əlavə edək ki, ötən il bazarın 73%-i BDMƏ-nin, 14,4%-i açıq bazarın, 12,6%-i isə BEST-in payına düşüb.
Ümumilikdə, Azərbaycanda nağdsız valyuta bazarının dollar üzrə əməliyyatlarının son illər ərzində orta hesabla ildə 30-35% artması müşahidə olunur:



Dollarla nağdsız əməliyyatların həcminin artması ölkəyə dollar kütləsinin daxil olması prosesinin aktivləşməsini əks etdirir. Analitiklərin fikrincə, hətta valyuta bazarına çıxarılan dollar kütləsi ölkəyə daxil olan valyuta kütləsinin tam həcmi deyil.
Göründüyü kimi, Azərbaycanda həm iqtisadiyyatda, həm də müxtəlif ödəmələrdə ABŞ dollarının rolu hələ də yüksək səviyyədə qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR