Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən nizamnamə kapitalında dövlət payı olan 120 SC və dövlət müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycanda ilin əvvəlindən nizamnamə kapitalında dövlət payı olan 120 SC və dövlət müəssisəsində nöqsanlar aşkarlanıb
# 10 noyabr 2008 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən 2008-ci ilin yanvar-oktyabr ayları ərzində aparılmış monitorinqlər zamanı 140-a yaxın müəssisə və obyektin torpaq sahələrindən qeyri-qanuni istifadə halları aşkarlanıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Dövlət və özəlləşdirilən müəssisələrin, həmçinin hüquqi və fiziki şəxslərə məxsus obyektlərin yerləşdiyi məlumat bankına 8 700-ə yaxın məlumat daxil edilib.
Hesabat dövründə 200 dövlət müəssisəsi və nizamnamə kapitalında dövlətə məxsus səhmləri olan 405-ə yaxın səhmdar cəmiyyəti tərəfindən təqdim olunmuş maliyyə hesabatları təhlil edilib. Müəssisələr tərəfindən təqdim olunmuş 5 500-ə yaxın 2-Əmlak Statistik Hesabat formaları araşdırılıb. Eyni zamanda, əmlakın hazırkı vəziyyətinin müəyyən edilməsi üçün 470-ə yaxın səhmdar cəmiyyətində və 210-a yaxın dövlət müəssisəsində inventarlaşdırma işləri aparılıb. Özəlləşdirilmiş müəssisələrin fəaliyyəti ilə bağlı yaradılmış məlumat bankına 1 100 özəlləşdirilmiş müəssisə barədə məlumatlar daxil edilib. Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyətlərində öz profilinin saxlanılması ilə bağlı 75-ə yaxın müəssisədə monitorinq aparılıb.
Nizamnamə kapitalında dövlətin payı olan 120 səhmdar cəmiyyətində və dövlət müəssisəsində aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar üzə çıxarılıb. Araşdırmalar zamanı dövlət büdcəsinə çatacaq dividentlərin aşağı səviyyədə hesablanması, dövlət əmlakının qanunsuz və təyinatına uyğun olmadan istifadə və zəbt olunması halları aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR