Bank Of Baku

Ötən həftə Azərbaycanda dolların məzənnəsi praktiki olaraq dəyişməyib

Ötən həftə Azərbaycanda dolların məzənnəsi praktiki olaraq dəyişməyib
# 10 noyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (noyabrın 3-7-də) 20,687 mln. dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, bu, əvvəlki həftənin analoji göstəricisi ilə müqayisədə 47% çoxdur. Dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,8092 manatdan 0,8077 manatadək düşüb və nəticədə dolların manata qarşı məzənnəsi 0,19% azalıb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,01% enib və faktiki olaraq dəyişməz qalıb. Lakin bununla belə, bu müddət ərzində müəyyən qalxıb-enmələr müşahidə olunub:




Maraqlıdır ki, birja məzənnəsi yalnız bir dəfə enib və sonrakı üç ticarət günü ərzində dəyişməz qalıb. Eyni zamanda, rəsmi məzənnə çox nəzərə çarpacaq dərəcədə dəyişib. Oxşar tendensiya avronun rəsmi məzənnəsi üzrə də müşahidə olunub:




Bununla belə, ümumilikdə avronun rəsmi məzənnəsi 0,75% enib ki, bu da ənənəvi tendensiyalara bir qədər ziddir. Çünki, adətən, dolların manata qarşı enməsi avronun manata nisbətən bahalaşması ilə müşayiət olunur.
Ötən həftə valyuta bazarı noyabrın 3-də Avropa valyutası üzrə 80 min avro həcmində keçirilmiş əməliyyatla yadda qalıb. Əqdin məzənnəsi 1,0395 manat/1 avro təşkil edib ki, bu da həmin günün rəsmi məzənnəsindən 0,06% yüksəkdir. Qeyd edək ki, adətən, birja məzənnəsi rəsmi məzənnədən bir qədər artıq olur. Lakin, qrafikdən göründüyü kimi, ötən həftə dollar üzrə birja məzənnəsi rəsmi məzənnədən həm yüksək, həm aşağı olub.
Ümumilikdə isə, birja valyuta bazarında ötən həftə müşahidə olunan hadisələr həcm və məzənnə baxımından adi kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR