Bank Of Baku

«Standard Capital» şirkəti Almaniyada keçirilən beynəlxalq investisiya forumuna qatılıb

«Standard Capital» şirkəti Almaniyada keçirilən beynəlxalq investisiya forumuna qatılıb
# 10 noyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Capital» broker şirkəti bu ilin noyabr ayının 10-12-də Frankfurtda (Almaniya) keçirilən XII Alman İnvestisiya Forumunda iştirak edir.
Şirkətdən verilən məlumata görə, «Standard Capital» bu foruma ilk dəfə qatılıb. Bu forumda iştirakın əsas istiqamətlərindən biri potensial sərmayəçilər və Azərbaycanda broker xidmətləri üzrə əməkdaşlıqda maraqlı olan şəxslərlə birbaşa əlaqələrin qurulmasıdır.
Qeyd edək ki, Alman İnvestisiya Forumu 1996-cı ildən keçirilir. Forumun təşkilatçıları qismində «Commerzbank», HSBC, «Credit Suisse», «Ernst&Young», «Bloomberg», «The Wall Street Journal» və başqaları çıxış edir. Tədbirin proqramında iştirakçıların Almaniya Fond Birjasına (Deutsche Borse) səfəri də nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan fond bazarının daimi iştirakçısı olan «Standard Capital» göstərilmiş xidmətlərin həcminə görə ölkə brokerlərinin renkinqində ilk yeri tutur. Cari ilin oktyabr ayında şirkətin göstərdiyi broker xidmətlərinin ümumi həcmi 94,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR