Bank Of Baku

«Norveç Mikrokredit» təşkilatı Azərbaycanda fəaliyyətinin 10 illiyini qeyd edir

«Norveç Mikrokredit» təşkilatı Azərbaycanda fəaliyyətinin 10 illiyini qeyd edir
# 10 noyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Norveç Mikrokredit» qeyri-bank kredit təşkilatının fəaliyyətinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə təşkilatın icraçı direktoru Bəhmən Əsgərov «Norveç Mikrokredit»in 10 il ərzində əldə etdiyi uğurlar, nailiyyətlər, həmçinin gələcək planlar haqqında danışıb.
B.Əsgərovun sözlərinə görə, təşkilat 1998-ci ildən fəaliyyət göstərir və qurumun hazırda kredit portfeli 14 mln. ABŞ dollarına bərabərdir: «Təşkilat Azərbaycanın 20 rayonunda fəaliyyət göstərməklə 13 min müştəriyə xidmət göstərir. Son 10 il ərzində təşkilatımız tərəfindən 16 min məcburi köçkün və qaçqına 48 minə yaxın kredit verilib ki, bunun da ümumi həcmi 50 min dollar təşkil edir».
Tədbirdə çıxış edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (ASA) icraçı direktoru Jalə Hacıyeva 1998-ci ildən indiyədək respublikanın mikromaliyyə sahəsindəki dinamik inkişafdan, həmçinin assosiasiyanın bu sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.
J.Hacıyevanın sözlərinə görə, Azərbaycanda mikromaliyyə proqramlarının icrasına 1998-ci ildən başlanılıb və «Norveç Mikrokredit» təşkilatı pionerlər sırasında olub: «Hazırda Azərbaycan bazarında mikro-kreditlər üzrə 300 min fəal müştəri mövcuddur ki, bunlara verilən kreditlərin ümumi həcmi 500 mln. dollar təşkil edir. Bu müddət ərzində mikromaliyyə sektoruna 1 mlrd. dollardan artıq vəsait yatırılıb».
Konkret olaraq assosiasiyaya gəldikdə isə J.Hacıyeva son 2 il ərzində ASA tərəfindən ölkəyə 20 beynəlxalq investorun cəlb edildiyini bildirib: «Son iki il ərzində Azərbaycanda mikromaliyyə sahəsinin inkişafında böyük sıçrayış hiss olunur. ASA bundan sonra da köməyini əsirgəməyərək mikromaliyyə təşkilatlarının inkişafına dəstək olacaq».
Qeyd edə ki, «Norveç Mikrokredit» qeyri-bank kredit təşkilatı 1998-ci ildə Norveç Qaçqınlar Şurasının təsisçiliyi ilə yaradılıb. Təşkilat kreditləri aylıq 3% dərəcəsi ilə, maksimum 10 min manat məbləğində, 48 ay müddətinə ayırır. Hazırda təşkilatın nizamnamə kapitalı 3,5 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR