Bank Of Baku

Bu il Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesində 1 400-ə yaxın vətəndaş iştirak edib

Bu il Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesində 1 400-ə yaxın vətəndaş iştirak edib
# 10 noyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda dövlət əmlakının özəlləşdirməsi prosesi çərçivəsində 2008-ci ilin yanvar-oktyabr aylarında 50-yə yaxın hərrac keçirilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) məlumat verilib.
Hərraclarda 110-a yaxın səhmdar cəmiyyətinin 7 mln. səhmi satılıb. Bu alqı-satqı prosesində 5 minə yaxın Azərbaycan vətəndaşı iştirak edib.
Komitədən verilən məlumata görə, ötən dövr ərzində səhmdar cəmiyyətlərinin və kiçik müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivi üzvləri arasında 200 güzəştli satışda 1 000-ə yaxın əmək kollektivi üzvü iştirak edib.
Qeyd edək ki, ümumilikdə 2008-ci ilin ötən dövrü ərzində dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərraclar nəticəsində 1 400-ə yaxın vətəndaş səhm sahibi və mülkiyyətçi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR