Bank Of Baku

«Parabank» yeni depozit məhsulunu təqdim edib

«Parabank» yeni depozit məhsulunu təqdim edib
# 10 noyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərə «İnam depoziti» adlı yeni məhsulunu təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni depozit məhsulu fərdi və korporativ müştərilərə müvəqqəti sərbəst pul vəsaitlərindən daha səmərəli istifadə etmək imkanı verir.
Müddətli əmanət növü olan «İnam depoziti»nə vəsaitlər 6-48 ay müddətinə manatla və dollarla yerləşdirilə bilər. Bu depozit növü üzrə əmanətin yerləşdirilməsi 1000 manat (dollar) məbləğindən az olmamaqla qəbul edilir.
Müştəri öz seçiminə görə yerləşdirdiyi depozit üzrə faizləri ayda, rübdə və ya ildə bir dəfə, həmçinin müqavilə müddətinin sonunda ala bilər. Valyutanın növündən asılı olmayaraq, yerləşdirilmiş depozit üçün faiz dərəcələri yerləşdirmə müddətinə, faizlərin alınması şərtlərinə müvafiq olaraq 11%-dən 21,5%-dək dəyişir.
Həmçinin, depozit sahibləri bankda yerləşdirilmiş vəsaitlərinin 80%-i həcmində kredit götürə bilərlər. Eyni zamanda, 5-30 min manat məbləğində əmanət yerləşdirən müştərilərə pulsuz «VİSA Classic» kredit kartı, bundan artıq məbləğdə əmanət yerləşdirən müştərilərə isə «VİSA Gold» kredit kartı təqdim olunur.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 62,1 mln. manat, kredit portfeli 39,2 mln. manat, depozit portfeli 33,3 mln. manat, məcmu kapitalı 11,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,394 mln. manat olub
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR