Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 27%-i ötüb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 27%-i ötüb
# 10 noyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2008-ci ilin oktyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,22%, Bakıda 0,42%, regionlarda isə 2,01% artıb. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə (1,46%) müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi ərzaq məhsulları üzrə - 1,29%, xidmət sektorunda isə 0,74% təşkil edib.
Azərbaycanda istehlak qiymətləri indeksi bu ilin ilk 10 ayında 18,85% artıb, bu ilin oktyabr ayında isə (ötən ilin oktyabr ayı ilə müqayisədə) illik inflyasiya 27,02%-ə bərabər olub.
Aparılmış statistik müşahidə nəticəsində məlum olub ki, bu ilin oktyabr ayında əvvəlki ayla müqayisədə ən çox bahalaşma ərzaq məhsulları üzrə köhnə kartof (28,13%), üzüm (23,42%), yer xiyarı (16,22%), toyuq yumurtası (8,25%), qeyri-ərzaq məhsulları üzrə isə kərpicin qiymətində (3,49%) olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə buğda unu (12,79%), lumu (9,73%), bulka (6,65%), makaron (3,90%), qeyri-ərzaq məhsulları üzrə isə sementin qiymətində (2,64%) olub.
İTM-in digər hesablamalarına görə, cari ilin oktyabr ayında minimum istehlak səbətinin dəyəri əmək qabiliyyətli əhali üçün 109,84 manat, uşaqlar (0-15 yaşlı) üçün 100,22 manat, pensiyaçılar üçün 81,61 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR