Bank Of Baku

Azərbaycanda müddətli bank əmanətləri azalmağa başlayıb

Azərbaycanda müddətli bank əmanətləri azalmağa başlayıb
# 11 noyabr 2008 07:09 (UTC +04:00)
Göstərilən həcmdən 1 403,4 mln. manat və ya 75,7% müddətli əmanətlərin payına düşür. Bu göstərici üzrə illik artım 43,7%, ilin əvvəlindən artım 24% təşkil etsə də, sentyabr ayında əhalinin əmanətlərinin həcminin 2007-ci ilin əvvəlindən ilk dəfə olaraq azalması müşahidə olunub. Azalmanın həcmi 21,8 mln. manat və ya 1,5% təşkil edib.
Bundan əlavə, sentyabr ayında ilk dəfə olaraq milli və xarici valyutada qoyulan müddətli əmanətlərin nisbətinin tarazlaşması baş verib. Belə ki, əvvəllər xarici valyutada olan müddətli əmanətlərin həcmi manat əmanətlərini üstələyib:

Bu proses, əsasən, son illər müşahidə olunan dolların manata qarşı ucuzlaşmasının nəticəsidir. Qeyd edək ki, valyuta əmanətlərinin əksər hissəsi məhz dollarda ifadə olunub. Dolların ucuzlaşması artıq stabil xarakter alandan sonra əmanətlərin manat tərkibi sürətlə artmağa başlayıb. Məsələn, bu ilin əvvəlində müddətli manat əmanətlərinin artımı 50,2% təşkil etdiyi halda, valyuta əmanətləri üzrə bu göstərici cəmi 5,6%-ə bərabər olub. Bundan başqa, 2007-ci ildə manat əmanətlərinin artımı 2,7 dəfə, valyuta əmanətlərinin artımı isə 1,4 dəfə təşkil edib.
Müddətli əmanətlərin azalmasına gəldikdə, qeyd edilməlidir ki, bu proses bir sıra mühüm tendensiyalarla üst-üstə düşüb, o cümlədən, dünyada baş verən maliyyə və sonrakı iqtisadi böhran, dollar/manat və avro/manat məzənnələrinin çox zaman müəmmalı qalxıb-enməsi, banklar tərəfindən istehlak kreditləşməsinin dayandırılması, ölkənin maliyyə rəhbərliyinin bank sistemində xarici borcalmanın yüksək həddə çatması nəticəsində yaranan və ya yarana biləcək problemlər barədə bəyanatları və bu kimi əhali üçün tam aydın olmayan hadisələr məhz sentyabr ayına təsadüf edib. Nəticədə, Azərbaycanın bank sistemində son 8 il ərzində, demək olar ki, ilk dəfə olaraq müddətli əmanətlər üzrə azalma baş verib.
Yuxarıda qeyd olunduğu kimi, analoji hadisə artıq bir dəfə baş versə də, həmin vaxt (yanvar ayı) aylıq azalma 0,7%-ə bərabər olub ki, bu da müxtəlif səbəblərə görə normal hal kimi qiymətləndirilir. İndiki azalma isə təsadüfi deyil və bir sıra mühüm daxili və xarici hadisələrin fonunda baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR