Bank Of Baku

«Bank Standard» yeni «Premier» depozitini təqdim edib

«Bank Standard» yeni «Premier» depozitini təqdim edib
# 11 noyabr 2008 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) fiziki şəxslər üçün yeni «Premier» depozit növünü təqdim edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Premier» azaldılmaz qalıq məbləğinədək depozit hesabından vəsait çıxarmaq, hesaba məhdudiyyətsiz pul əlavə etmək imkanı verən və müddəti 3 aydan 3 ilədək olmaqla rahat seçim imkanı olan müddətli depozit növüdür.
Depozit üzrə minimal əmanətin məbləği 10 min manat (dollar, avro) təşkil edir. Depozit müqaviləsinin maksimal müddəti üzrə əmanətçi illik 16,5%-dək gəlir əldə edə bilər. Əmanətin həcmi və müddətindən asılı olaraq faiz dərəcəsi manat hesabı üzrə 8,5%-dən 15,5%-dək, dollar üzrə 9,5%-dən 16,5%-dək, avro üzrə isə 4,5%-dən 11,5%-dək dəyişir. Qeyd edək ki, faiz dərəcəsi depozitin bütün müddəti boyunca qüvvədədir və əlavə olunan məbləğlərə də şamil edilir.
Faizlər hər ay hesablanır və depozitin əsas məbləğinə əlavə edilir ki, bu da yerləşdirilmiş vəsait üzrə maksimal gəlir əldə etməyə imkan verir. Eyni zamanda, əmanətçi faiz gəlirini hər ay ala bilər.
«Premier» depoziti sahiblərinə pulsuz «VISA Gold» və ya «MasterCard Gold» kartı təqdim olunur. Bu ilin sonuna kimi «Premier» depoziti sahiblərinə təqdim olunan əlavə xidmət paketinin genişləndirilməsi planlaşdırılır. Bu, əsasən sözü gedən depozit sahiblərinə imtiyazlı xidmətin göstərilməsi ilə bağlıdır.
Qeyd edək ki, bankda «Premier» depoziti sahibləri üçün xüsusi 497 20 90 stasionar telefon nömrəsində zəng mərkəzi işə salınıb.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR