Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək filial şəbəkəsini genişləndirəcək

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək filial şəbəkəsini genişləndirəcək
# 11 noyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi Bakı şəhərində daha iki filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni filiallardan biri Mətbuat prospektində, diəri isə R.Behbudov küçəsində yerləşəcək. Hər iki filialın fəaliyyəti üçün artıq Azərbaycan Milli Bankına müraciət edilib.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 5 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CIBank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişdirib.
Sari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 75,541 mln. manat, kredit portfeli 33,671 mln. manat, depozit portfeli 31,731 mln. manat, məcmu kapitalı 17,730 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR