Bank Of Baku

Azərbaycanın daha bir bankı səhmdar kapitalına xarici investorlar cəlb edir

Azərbaycanın daha bir bankı səhmdar kapitalına xarici investorlar cəlb edir
# 11 noyabr 2008 09:16 (UTC +04:00)
Artıq bununla bağlı hər iki beynəlxalq maliyyə təşkilatına təkliflər göndərilib. Bunu «APA-Economics»ə açıqlamasında «Muğan Bank»ın Audit Komitəsinin sədri Zaur Hacıyev bildirib.
Z.Hacıyevin sözlərinə görə, nəzarət səhm paketinin Azərbaycan tərəfində saxlanılması şərti ilə EBRD-yə «25%+1 səhm», QDTİB-ə isə 10% səhm təklif olunub. «Bu iki beynəlxalq maliyyə təşkilatının bizim bankın səhmdar kapitalında iştirakı «Muğan Bank»ın institusional inkişafında mühüm rol oynayacaq. Lakin dünya maliyyə bazarlarında baş verən proseslərlə əlaqədar, sözügedən təşkilatlar bu məsələyə bir qədər ehtiyatla yanaşır. Bizim tərəfdən hər iki təşkilata «Muğan Bank»ın 2008-ci ilin oktyabr ayının 1-nə olan maliyyə göstəriciləri təqdim olunub və hazırda qarşı tərəf həmin məlumatları təhlil edir. Növbəti il ərzində bu məsələlənin həll olunacağı gözlənilir», - deyə Z.Hacıyev bildirib.
Qeyd edək ki, hazırda «Muğan Bank»ın təsisçiləri rolunda 4 fiziki şəxs çıxış edir. Bank 1992-ci ildən fəaliyyət göstərir və respublika üzrə 23 filialı, 25 bankomatı və 62 POS-terminalı mövcuddur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR