Bank Of Baku

«AtaSığorta» şirkəti yanvar-oktyabr aylarında sığorta haqlarını 11% azaldıb

«AtaSığorta» şirkəti yanvar-oktyabr aylarında sığorta haqlarını 11% azaldıb
# 11 noyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2008-ci ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 3,094 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 6% artaraq 534,4 min manata çatıb.
Bu müddət ərzində şirkətin ümumi gəlirləri 3,979 mln. manat, ümumi xərcləri isə 2,859 mln. manat olub. Nəticədə, balans mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 1,119 mln. manata çatıb.
Xatırladaq ki, təsisçisi «AtaHolding» şirkətlər qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR