Bank Of Baku

Azərbaycan Milli Bankı illik inflyasiyanın 20% olacağını proqnozlaşdırır

Azərbaycan Milli Bankı illik inflyasiyanın 20% olacağını proqnozlaşdırır
# 11 noyabr 2008 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda illik inflyasiyanın 20% olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, hazırda dünyada və Azərbaycanda inflyasiyanın səngiməsi müşahidə olunur.
«Cari ilin avqust-oktyabr aylarında aylıq inflyasiya 1,7% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfədən çox azdır. Oktyabr ayı ərzində orta aylıq inflyasiya 1,5% səviyyəsində olub ki, bu da son 24 ay ərzində ilk dəfədir müşahidə olunub. Bizim proqramımıza əsasən, noyabr və dekabr aylarında inflyasiya ötən il olduğundan əhəmiyyətli dərəcədə aşağı olacaq», - E.Rüstəmov qeyd edib.
Qeyd edək ki, 2008-ci il üçün ilkin inflyasiya proqnozu 12-14% olub. Sonradan hökumət proqnozu 20%-dək artırıb. Bu gün Dövlət Statistika Komitəsinin sədr əvəzi Arif Vəliyev isə 2008-ci ildə inflyasiyanın 22%-dən yuxarı olmayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR