Bank Of Baku

Azərbaycan valyuta ehtiyatlarının idarəetməsində ən mühafizəkar ssenariyə keçib

Azərbaycan valyuta ehtiyatlarının idarəetməsində ən mühafizəkar ssenariyə keçib
# 11 noyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyada baş verən iqtisadi böhranla əlaqədar Azərbaycan Milli Bankı (AMB) ölkənin valyuta ehtiyatlarının idarə olunması strategiyasına dəyişiklik edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
«Bu dəyişiklik gəlirliliklə deyil, valyuta ehtiyatlarının qorunub saxlanılması ilə bağlıdır. Buna görə də ən mühafizəkar ssenariyə keçmişik. Valyuta ehtiyatlarımız dünya ölkələrinin ən aparıcı mərkəzi banklarında, həmçinin Dünya Bankı kimi təşkilatlarda saxlanılır və idarə olunur», - deyə AMB sədri vurğulayıb.
E.Rüstəmovun sözlərinə görə, bu il Azərbaycan valyuta ehtiyatlarının idarə olunmasından 150 mln. ABŞ dollarına yaxın vəsait qazanacaq: «Bu, dünyadakı itkilər fonunda pis göstərici hesab olunmur».
Qeyd edək ki, son məlumatlara görə, Azərbaycanın strateji valyuta ehtiyatları 18,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR