Bank Of Baku

Azərbaycan Milli Bankı gələn il pul siyasətini daha da yumşaldacaq

Azərbaycan Milli Bankı gələn il pul siyasətini daha da yumşaldacaq
# 11 noyabr 2008 15:27 (UTC +04:00)
«Bu il bir neçə mərhələdə uçot dərəcəsi dəyişdirilərək 15%-dən 10%-ə çatdırılıb. Bu siyasət gələn il də bir neçə mərhələdə həyata keçirəcək. Çünki iqtisadiyyatın, maliyyə institutlarının ucuz pula ehtiyacı var», - deyə E.Rüstəmov vurğulayıb.
AMB rəhbəri qeyd edib ki, gələn il manatın məzənnəsi əhəmiyyətli dərəcədə maliyyə sabitliyinin təmin olunmasına yönəldiləcək. Ötən dövrdə manatın dollara nisbətən 4,4%-ə qədər, avroya nisbətən isə 15%-dən çox möhkəmləndiyini qeyd edən E.Rüstəmov bu məzənnə siyasətinin ölkəyə inflyasiya idxalını neytrallaşdırmağa imkan yaratdığını vurğulayıb.
AMB rəhbəri dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycanın dövlət büdcəsi gəlirlərinin formalaşmasına hər hansı mənfi təsir göstərməyəcəyini düşünür: «Əvvəlki illərdə Azərbaycan dövlət büdcəsi tərtib olunarkən neftin qiymətinin aşağı götürülməsi mövcud beynəlxalq şəraitdə neftin qiymətinin aşağı düşməsinə adekvat cavabdır. Büdcə gəlirlərinin 75%-dən çoxu dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən qorunur».
Qeyd edək ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 1,4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR