Bank Of Baku

«Muğan Bank» gələn il ipoteka kreditləşməsi üçün IFC-dən vəsait cəlb edəcək

«Muğan Bank» gələn il ipoteka kreditləşməsi üçün IFC-dən vəsait cəlb edəcək
# 12 noyabr 2008 06:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) öz ipoteka proqramını maliyyələşdirmək məqsədi ilə 2009-cu ildə Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) vəsait cəlb etmək niyyətindədir.
Bankın Audit Komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, «Muğan Bank» öz ipoteka proqramının icrasına başlamaq üçün marketinq şöbəsini yenidən formalaşdırıb: «Bu şöbənin əməkdaşları Azərbaycanın ipoteka kreditləri bazarında ətraflı araşdırmalar aparır. Belə ki, araşdırmalarda müştərilər üçün hansı faiz dərəcələrinin daha cəlbedici olması, müştərilərin faiz dərəcələrinə görə kateqoriyalara bölünməsi kimi aspektlər əsas yer tutur».
Z.Hacıyev bildirib ki, hazırda «Muğan Bank» ipoteka kreditləşməsi ilə bağlı IFC ilə texniki dəstək sahəsində əməkdaşlıq edir. Sonrakı mərhələdə isə bank ipoteka kreditləri ilə bağlı vəsaitin cəlb edilməsinə dair danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, təsisçisi 4 fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib.
Bankın respublika üzrə 23 filialı, 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR