Bank Of Baku

Azərbaycanda əhalinin avroya etibarı kəskin azalıb

Azərbaycanda əhalinin avroya etibarı kəskin azalıb
# 12 noyabr 2008 07:03 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, hətta bu ilin 9 aylıq göstəricisi avro ilə ötən il aparılan mübadilə əməliyyatlarının ümumi həcmini 12,2% üstələyir.
Avro üzrə aparılan mübadilə əməliyyatlarının strukturunda 568 780,2 min avro satış, 46 194,7 min avro isə bankların alış əməliyyatlarının payına düşüb. Nəticədə, ötən ilin yanvar-setyabr ayları ilə müqayisədə satışın həcmi 97%, alışın həcmi isə 4,5 dəfə artıb. Beləliklə, avro üzrə satış əməliyyatları alış əməliyyatlarını 12,3 dəfə üstələyib.
Azərbaycanda nağd avro ilə mübadilə əməliyyatlarının həcminin son üç il üzrə dinamikası aşağıdakı kimi olub:



Qeyd edək ki, sentyabr ayı ərzində nağd avro üzrə aparılan alış əməliyyatlarının həcmi 2007-ci ilin ümumi göstəricisinin 96,5%-ni təşkil edərək, Azərbaycanda nağd valyuta bazarında aylıq maksimuma çatıb.
Ümumilikdə isə avro üzrə əməliyyatların kəskin artması artıq təkamül xarakteri alıb, yəni avronun Azərbaycanın daxilində həm ümumi iqtisadi proseslərdə, həm pərakəndə hesablaşmalarda, həm də onun yığım valyutası kimi rolunun artması ilə birbaşa bağlıdır. Lakin sentyabr ayında avronun satış həcminin kəskin artması qeyri-adi haldır. Sentyabrda əhali tərəfindən Avropa valyutasının kütləvi şəkildə satılması avronun həm xarici, həm də daxili bazarda məzənnəsinin düşməsi və tez-tez qalxıb-enməsi ilə bağlıdır.
Qeyd edək ki, ümumilikdə, dünya miqyasında da oxşar proseslər müşahidə olunur: əhali və investorlar öz aktivlərini dollara çevirir və bununla da ABŞ valyutasına tələbat xeyli artıb. Nəticədə, Azərbaycanda avroya olan cari etibar kəskin azalıb. Belə ki, təkcə sentyabr ayında avqusta nisbətən nağd avronun əhali tərəfindən banklara satış həcmi 3,35 mln-dan 14,5 mln-a kimi, yəni 4,3 dəfə artıb, alış isə 96,5 mln. avrodan 43,9 mln. avroya qədər, yəni təxminən iki dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR