Bank Of Baku

Azərbaycan Hesablama Palatası səmərəlilik indikatorunu tətbiq edəcək

Azərbaycan Hesablama Palatası səmərəlilik indikatorunu tətbiq edəcək
# 12 noyabr 2008 07:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası effektiv audit indikatorunun tətbiqinə başlamağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Palatanın sədri Heydər Əsədov bildirib.
H.Əsədovun sözlərinə görə, 2009-cu ildə Hesablama Palatası seçdiyi təşkilatlarda aparılmış auditlərin səmərəliliyini qiymətləndirəcək: «Getdikcə səmərəlilik indikatorunun tətbiqi faizini artıracağıq. Çalışacağıq ki, mərhələlilik üzrə səmərəliliyi xarakterizə edən meyarları, göstəriciləri müəyyən edək».
H.Əsədovun sözlərinə görə, Hesablama Palatasının bu ilki iş planına 33 yoxlamanın aparılması daxil edilib. Gözlənilir ki, bu yoxlamalardan biri texniki səbəblərdən təxirə salınsın. Təxirə salınmış yoxlama gələn il keçiriləcək.
Qeyd edək ki, Hesablama Palatası Azərbaycan Milli Məclisi tərəfindən Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq yaradılıb və 2001-ci il dekabr ayının 7-dən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR