Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 99% çoxdur. Nəticədə, hesabat dövründə kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 8,3 faiz bəndi artaraq 69,1%-ə çatıb.
Eyni zamanda, qısamüddətli kreditlərin həcmi son bir ildə 38,1% artaraq 3 039,1 mln. manat təşkil edib. Qeyd edib ki, Milli Bankın metodologiyasına əsasən, 1 ildən artıq müddəti olan kreditlər uzunmüddətli ssudalara aid edilir.
AMB-dən həmçinin bildirilib ki, yeni verilmiş kreditlərin həcmi oktyabrın 1-nə 7 566,9 mln. manat təşkil edib. Bu da ötən ilin oktyabrın əvvəlinə olan analoji göstərici ilə müqayisədə 67% çoxdur. Yeni verilmiş kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 56,1% (4 247,7 mln. manat), qısamüddətli kreditlərin isə 43,9% (3 319,1 mln. manat) təşkil edib. Nəticədə, yeni verilmiş uzunmüddətli kreditlərin həcmi 2007-ci ilin yanvar-sentyabr aylarına nisbətən 88,2% artıb:
| 2008-ci ilin 9 ayı üzrə yeni kreditlər | 2007-cı ilin 9 ayı üzrə yeni kreditlər |
C Ə M İ | 7 566.9 | 4 513.9 |
Qısamüddətli: | 3 319.1 | 2 274.6 |
- 1 ayadək | 472.1 | 380.4 |
- 1 aydan 3 aya qədər | 429.0 | 319.3 |
- 3 aydan 6 aya qədər | 585.1 | 304.5 |
- 6 aydan 9 aya qədər | 369.1 | 191.9 |
- 9 aydan 1 ilə qədər | 1463.9 | 1 078.5 |
Uzunmüddətli: | 4 247.7 | 2 257.4 |
- 1 ildən 3 ilə qədər | 3 664.5 | 1 916.9 |
- 3 ildən 5 ilə qədər | 406.2 | 212.8 |
- 5 ildən 10 ilə qədər | 147.8 | 40.3 |
- 10 ildən yuxarı | 29.2 | 87.4 |
Göründüyü kimi, Azərbaycanda kreditlərin ən «populyar» müddəti 1 ildən 3 ilə qədərdir və bu təsnifata yeni verilmiş kreditlərin 48,4%-i aiddir. Öz növbəsində bu kreditlərin əsas hissəsi 1-2 il müddətinə ayrılıb.
Qeyd edək ki, bankların ümumi kreditləşməsinin 40%-ə yaxın hissəsini istehlak kreditləri təşkil edir və bu kreditlər də məhz 1-2 il müddətinə verilir. Həmçinin, biznes-kreditlərin də ənənəvi maliyyələşdirmə müddəti 2 ilə qədərdir.