Bank Of Baku

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı oktyabrda 3,5 dəfə azalıb

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı oktyabrda 3,5 dəfə azalıb
# 12 noyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 4 müqavilə bağlanıb ki, bu da əvvəlki ayla müqayisədə 3,5 dəfə azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayı ərzində 14 338 228 manat nominal dəyərində olan 2 151 544 səhm üzrə 559 alqı-satqı müqaviləsi və 98,4 min manat nominal dəyərində olan 12 istiqraz üzrə 8 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 99 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR