Bank Of Baku

Azərbaycanda 2009-2012-ci illərdə ƏDV dərəcəsinin optimallaşdırılması üzrə təkliflər hazırlanacaq

Azərbaycanda 2009-2012-ci illərdə ƏDV dərəcəsinin optimallaşdırılması üzrə təkliflər hazırlanacaq
# 12 noyabr 2008 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın vergilər naziri Fazil Məmmədov vergi inzibatçılığı ilə bağlı strateji plan və konsepsiyaları təsdiqləyib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Bunlar «Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan», «Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə İKT-nin istifadə imkanlarının genişləndirilməsi Konsepsiyası» və «Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji istiqamətlərinin Konsepsiyası»dır.
«Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji istiqamətlərinin Konsepsiyası» çərçivəsində 2009-2012-ci illərdə əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin optimallaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması, Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV-dən azadolmalara təhsil, tibbi xidmətlər, rifah və sosial təminatla bağlı olan xidmət və malların təchizatı və s. kimi digər azadolmaların əlavə edilməsi imkanları araşdırılacaq və bununla bağlı təkliflər hazırlanacaq. Eyni zamanda, investisiya yönümlü vergi mühitinin formalaşdırılması məqsədi ilə vergi qanunvericiliyi təkmilləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR