Bank Of Baku

Yaxın üç ildə Azərbaycanda «Elektron audit» sistemi tətbiq olunacaq

Yaxın üç ildə Azərbaycanda «Elektron audit» sistemi tətbiq olunacaq
# 12 noyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2012-ci ilədək «Elektron audit» sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Bu məqsədlə müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılması üçün mövcud vergi qanunvericiliyinə dəyişikliklər hazırlanacaq. Həmçinin, gələn ildən «Elektron audit» sisteminin tətbiqi sahəsində araşdırmalara və bu sahədə istifadə olunan ACL, İDEA və SESAM proqram təminatlarının qiymətləndirilməsinə başlanacaq. Buna qədər isə audit məqsədləri üçün bütün iqtisadi fəaliyyət növlərinin sahə xüsusiyyətləri nəzərə alınmaqla məlumat bazasının yaradılması planlaşdırılır.
Qeyd edək ki, «Elektron audit»ə keçid «Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan»da əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR