Bank Of Baku

«Bank Standard» bankomatlardan nağd pulun çıxarılması limitini 2,5 dəfə artırır

«Bank Standard» bankomatlardan nağd pulun çıxarılması limitini 2,5 dəfə artırır
# 12 noyabr 2008 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı bankomatlarından vəsaitin çıxarılmasına olan limiti 2,5 dəfə artıracaq. SKB-dan «APA-Economics»ə verilən məlumata görə, bank nağd pulun çıxarılması limitini 500 manata çatdıracaq.
«Əvvəllər 500 ş.v. həcmində limit ABŞ dolları və avro kartlarına tətbiq edilirdi. Manat kartları üzrə yeni limitlər bu ilin noyabrın 15-dən qüvvəyə minəcək», - deyə SKB-dan bildirilib.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə bankın aktiv kartlarının sayı 22 530 ədəd təşkil edib və bunun 630-u «GəncKart»dır.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR