Bank Of Baku

«Muğan Bank» SKB «MasterCard» sistemi üzrə xidmətlərə başlayıb

«Muğan Bank» SKB «MasterCard» sistemi üzrə xidmətlərə başlayıb
# 13 noyabr 2008 06:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) «MasterCard» beynəlxalq ödəniş sistemi üzrə xidmətlərə başlayıb.
Bankın Audit Komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq sistem üzrə test aparılıb və proses uğurla başa çatdırılıb. Həmçinin, 11 min plastik kart emissiya olunub ki, bunun da 80%-i kredit, 20%-i isə debet kartlarıdır.
Xatırladaq ki, bank «MasterCard»la yanaşı «Visa İnternational» ödəniş sisteminin də üzvüdür.
Qeyd edək ki, təsisçisi 4 fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib.
Bankın respublika üzrə 23 filialı, 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR