Bank Of Baku

«Azərdəmiryolbank»ın plastik kartlarının sahibləri üçün ticarət obyektlərində endirim ediləcək

«Azərdəmiryolbank»ın plastik kartlarının sahibləri üçün ticarət obyektlərində endirim ediləcək
# 13 noyabr 2008 06:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) plastik kart sahibləri iri ticarət və xidmət obyektlərində il boyu endirimlərdən istifadə edə bilərlər.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın tərəfdaşı olan ticarət məntəqələrində alış əməliyyatı zamanı bankın plastik kartlarını təqdim edən şəxslərə 15%-ə qədər qiymət güzəşti olunur. bank paytaxtda yerləşən 22 iri ticarət və xidmət obyekti ilə əməkdaşlıq edir ki, bunların sırasında iri ticarət mərkəzləri, ictimai iaşə müəssisələri daxildir. Qeyd edək ki, əməliyyatı nağd şəkildə aparmaq mümkündür.
Xatırladaq ki, hazırda bankın aktiv kartlarının sayı 22,1 min təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən təxminən 2 dəfə çoxdur. Bankın respublika üzrə 37 bankomatı və 225 POS-terminalı fəaliyyət göstərir.
«Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur ki, bu səhmlərin «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalan hissəsi isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Cari ilin oktyabr ayını 1-nə bankın aktivlərinin həcmi 226,6 mln. manat, kredit portfeli 171,7 mln. manat, depozit portfeli 63,91 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR