Bank Of Baku

Azərbaycanın vergi orqanları nəzarət kassa aparatlarına nəzarəti gücləndirir

Azərbaycanın vergi orqanları nəzarət kassa aparatlarına nəzarəti gücləndirir
# 13 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi nəzarət kassa aparatlarına nəzarətin gücləndirilməsi istiqamətində yeni sistem hazırlayır. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Artıq gələn ildən yeni sistemin tətbiqi imkanlarının araşdırılmasına başlanacaq və müvafiq təkliflər hazırlanacaq. Nazirlikdən verilən məlumata görə, nəzarət kassa aparatlarının yaddaşındakı məlumatlar gündəlik GPRS şəbəkəsi vasitəsi ilə vergi orqanlarının məlumat bazasına ötürüləcək. Nəzarət kassa aparatlarının Məsafədən Oxuma Terminalının yaradılması bu sahəyə nəzarəti daha da gücləndirməyə imkan verəcək.
Yeni sistemin formalaşdırılması 2011-ci ilə qədər başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR