Bank Of Baku

Rusiyada valyuta birjasında ticarət dayandırılıb

Rusiyada valyuta birjasında ticarət dayandırılıb
# 13 noyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 13-də Moskva Banklararası Valyuta Birjası (MBVB) səhmlər bölməsində ticarət açılandan 2 saatdan sonra ticarəti noyabrın 17-dək dayandırıb. «APA-Economics»in məlumatına görə, buna səhmlərin texniki indeksinin 10%-dən çox enməsi səbəb olub. Eyni zamanda, MBVB-nin əsas indeksi 11,08% enərək 576 bəndə çatıb.
Hazırda Rusiyanın digər birjası - səhmlər üzrə ticarət meydançası olan Rusiya Ticarət Sistemində (RTS) də əməliyyatlar müvəqqəti dayandırılıb. Burada ticarətin ilk dəqiqələrində RTS indeksi 3,46% enərək 612 bəndə, səhmlərin texniki indeksi isə 6,37% enərək 1073 bəndə düşüb.
Qeyd edək ki, dünən MBVB-də ticarət əməliyyatları aparılmayıb, çünki noyabrın 11-də ticarətin bir gün dayandırılması barədə qəbul olunub.
Analitiklərin fikrincə, Rusiyanın fond indekslərinin enməsi dünya maliyyə böhranı ilə bğlıdır. Son aylar ərzində RTS və MBVB indeksləri bir neçə dəfə azalıb. Müqayisə üçün bildirək ki, cari ilin may ayında, yəni böhranın təsirindən əvvəl RTS indeksi 2500 bənd, MBVB indeksi isə 2000 bənd təşkil edib.
Ticarətin gedişinə noyabrda neftin ucuzlaşması və dünya birjalarında kotirovkaların enməsi əlavə təsir göstərib. Buna görə, indekslərin enməsi daha çox neft-qaz şirkətləri və bankların səhmləri üzrə müşahidə olunur. Bundan əlavə, telekommunikasiya şirkətləri və metal istehsalatçılarının səhmləri kəskin ucuzlaşmaya məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR