Bank Of Baku

Asiya İnkişaf Bankının prezidenti noyabrın 19-da Azərbaycana gələcək

Asiya İnkişaf Bankının prezidenti noyabrın 19-da Azərbaycana gələcək
# 13 noyabr 2008 11:04 (UTC +04:00)
Noyabrın 21-dək davam edəcək səfər çərçivəsində H.Kurodanın Azərbaycanın dövlət başçısı İlham Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev və bir sıra digər dövlət qurumlarında görüşlər keçirməsi nəzərdə tutulub.
«Səfərin əsas məqsədi noyabrın 19-da Bakıda keçiriləcək AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə iştirakçı ölkələrin rəsmi şəxslərin iclası və noyabrın 21-də keçiriləcək CAREC üzrə Nazirlər Konfransında iştirak etməkdir. Nazirlər Konfransında ticarət, enerji və nəqliyyat sektorları ilə bağı bir neçə zəruri regional strategiyalar müzakirə ediləcək», - deyə nümayəndəlikdən bildirilib.
Azərbaycana səfərindən öncə isə H.Kuroda noyabrın 18-də Ermənistan və Gürcüstanda səfərdə olacaq. Səfər boyu AİB-in prezidentini onun məsləhətçisi Hosoda Suiçi (Hosoda Shuichi) və AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin müdiri Xuan Miranda (Juan Miranda) müşayiət edəcəklər.
Qeyd edək ki, H.Kurodanın Azərbaycana səfəri çərçivəsində AİB ilə Azərbaycan hökuməti arasında iki kredit sazişinin imzalanması planlaşdırılır. Bunlardan biri «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», digəri isə Gəncə dairəvi avtomobil yolunun tikintisi üçün əlavə vəsaitin ayrılmasına dair sənədlərdir.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR