Bank Of Baku

Son bir ildə Azərbaycanda POS-terminalların sayı 79%, bankomatların - 19% artıb

Son bir ildə Azərbaycanda POS-terminalların sayı 79%, bankomatların - 19% artıb
# 13 noyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 1 468 ədəd olub. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 19% artıb.
Qeyd edək ki, mövcud bankomatların 865-i Bakı şəhərində, 603-ü isə digər şəhər və rayonlarda quraşdırılıb.
Bununla yanaşı, hazırda Azərbaycanda 7 655 POS-terminal var. Son bir ildə POS-terminalların sayı 79% artıb. POS-terminalların 6 994-ü Bakıda, 661-i isə digər regionlarda quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR