Bank Of Baku

Milli Məclisdə “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib

Milli Məclisdə “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib
# 13 noyabr 2008 12:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, iclasda çıxış deputat Hikmət Atayev deyib ki, Zaqatalada müasir tipli aeroport açılsa da, təyyarələr yarıboş uçur: “Çünki biletlərin qiyməti bahadır – 52 manat. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır”.

Deputat Həvva Məmmədova Qubada aşkarlanmış kütləvi məzarlıqda tezliklə abidə ucaldılmasını təklif edib. Aydın Həsənov Cəlilabadda yolların bərbad durumda olduğunu bildirib. Baba Tağıyev isə hərbi büdcənin daha da artırılmasını təklif edib.

Müzakirələrdən sonra hökumət üzvləri deputatların qaldırdığı bəzi problemlərə münasibət bildiriblər. Müzakirələr ikinci hissədə davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR