Bank Of Baku

Yaxın 5 ildə Azərbaycanda infrastruktur layihələrinin icrasına 17 mlrd. dollardan artıq sərmayə yatırılacaq

Yaxın 5 ildə Azərbaycanda infrastruktur layihələrinin icrasına 17 mlrd. dollardan artıq sərmayə yatırılacaq
# 13 noyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycanda infrastruktur layihələrinin icrasına 2009-2014-cü illər ərzində dövlət büdcəsindən 14 mlrd. manat (17,3 mlrd. ABŞ dolları) vəsait yönəldiləcək. Həmçinin, dövlət investisiya xərcləri çərçivəsində regionların inkişafına 2 mlrd. manat vəsait ayrılacaq. APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirildiyini, islahatların aparıldığını və qanunvericilik bazasının təkmilləşdirildiyini bildirib.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün dövlət proqramı hazırlanır və yaxın illərdə bu sahədə böyük işlər görüləcək.
Nazir həmçinin bildirib ki, yaxın 4 il ərzində ölkənin informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı 25% artacaq, 2009-cu ildə qeyri-neft sektorunda artım isə ümumilikdə 9,4% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR