Bank Of Baku

«Atrabank» SKB «Contact» pulköçürmə sisteminə qoşulub

«Atrabank» SKB  «Contact» pulköçürmə sisteminə qoşulub
# 14 noyabr 2008 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) «Contact» sürətli pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, sistemdənn tam istifadə üçün bank müvafiq proqram təminatı ilə təchiz edilib. «Qeyd etmək istəyirəm ki, bank «Migom» sisteminə də qoşulmaq istiqamətində iş aparır. Bu sistem üzrə xidmətlərə isə artıq növbəti ilin fevral-mart ayında başlanması planlaşdırılır», - deyə E. Nəbiyev bildirib.
Qeyd edək ki, hazırda bank «Western Union» və «Caspian Money Transfer» pulköçürmə sistemlərinin üzvüdür.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,093 mln. manat, kredit portfeli 25,612 mln. manat, depozit portfeli 4,619 mln. manat, məcmu kapitalı 11,474 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, 1 mübadilə məntəqəsi, 11 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR