Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır

«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır
# 14 noyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənədli adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 100 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «YapıKredi Bank Azerbaijan»ın səhmlərin yerləşdirilməsinə artıq noyabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 1,6% artaraq 6,449 mln. manata çatacaq.
Qeyd edək ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri 108,775 mln. manat, depozit portfeli 67,459 mln. manat, kredit portfeli 13,259 mln. manat, məcmu kapitalı 22,083 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR