Bank Of Baku

Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası dekabrda Bakıda keçiriləcək

Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası dekabrda Bakıda keçiriləcək
# 14 noyabr 2008 11:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dekabrayında Bakıda keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, sayca 12-ci olacaq bu iclasın keçiriləcəyi vaxt hazırda tərəflər arasında dəqiqləşdirilir. Ticarət nümayəndəsi bildirib ki, iclas çərçivəsində Rusiyanın Həştərxan vilayətinin iqtisadi potensialının təqdimatının keçirilməsi də gözlənilir. Y.Şedrin bu vilayətin potensial imkanlarının geniş olduğunu, amma ondan yetərincə istifadə edilmədiyini söyləyib. Ticarət nümayəndəsi qeyd edib ki, Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsi hazırda 6 mln. dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR