Bank Of Baku

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını 20% artırır

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını 20% artırır
# 14 noyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Başak-İnam Sığorta Şirkəti» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənədli adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 200 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Başak-İnam» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsinə artıq noyabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 20% artaraq 1,2 mln. manata çatacaq.
Qeyd ki, təsisçisi Türkiyənin «Başak Sığorta» (49%) şirkəti və Azərbaycanın dövlət və kommersiya bankları (51%) olan «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,323 mln. manat, ödənişləri 1,031 mln. manat, oktyabrın 1-nə nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib. Hazırda «Başak-İnam» sığorta şirkəti 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR