Bank Of Baku

Azərbaycanda ilk dəfə tələbələr təqaüdlərini plastik kartla alacaqlar

Azərbaycanda ilk dəfə tələbələr təqaüdlərini plastik kartla alacaqlar
# 15 noyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) Azərbaycan Turizm İnstitutunun tələbələrinə plastik kartlar təqdim edib. Bundan sonra tələbələr təqaüdlərini «VİSA» kartları vasitəsilə alacaqlar. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, hazırda bank tərəfindən 143 tələbə plastik kartla təmin edilib. Həmçinin, institutun 62 nəfərlik pedaqoji kollektivinə də əməkhaqqının köçürülməsi üçün kartlar verilib. Qeyd edək ki, tələbələrin təqaüdlərinin plastik kartlarla alması ölkədə ilk dəfədir ki, Azərbaycan Turizm İnstitutu tərəfindən tətbiq edilib.

Xatırladaq ki, «AccsesBank» 2002-ci oktyabr ayından Azərbaycan Mikromaliyyəşəldirmə Bankı kimi fəaliyyət göstərib. Bu ilin sentyabr ayının 8-də bankın brendi dəyişərək «AccsesBank» olub. Bankın təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın «KfW İnkişaf Bankı» (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH» şirkəti (3,47%) daxildir.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 187,532 mln. manat, kredit portfeli 158,718 mln. manat, depozit portfeli 17,208 mln. manat, məcmu kapitalı 39,665 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 17 filialı, 20 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR