Bank Of Baku

Türkiyənin reytinqi aşağı salınıb

Türkiyənin reytinqi aşağı salınıb
# 15 noyabr 2008 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Standard & Poors” beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqini “stabil”dən “neqativ”ə endirib. “APA-Economics”in məlumatına görə, agentliyin xəbərində deyilir ki, buna səbəb Türkiyə şirkətlərinə sərmayə yatırmış xarici kompaniyaların həmin şirkətlərin maliyyə vəziyyətinin pisləşməsini gözləməsidir. Ümumilkdə, Agentlik ölkənin yaxın zamanda xarici maliyyəşmədə çətinliklərlə üzləşəcəyini proqnozlaşdırır.

Türkiyə hökuməti isə Beynəlxalq Valyuta Fondu (BVF) ilə yeni saziş bağlanmasından imtina edir. Belə ki, BVF-lə əvvəlki üç illik proqram bu ilin mayında başa çatıb. Türkiyə hökumətinin yeni proqram üzrə sazişi imzalamaq istəməməsi isə investorların narahatlığına səbəb olub. “Standard & Poors” agentliyi məlumatında vurğulayır ki, ölkə hökuməti BVF-lə əməkdaşlığı davam etdirdiyi və ya şirkətlər üçün xarici borcalmanı yüngülləşdirdiyi halda ölkənin reqtinqi sabitləşə bilər.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Erdoğan hazırda Vaşinqtonda keçirilən G20 sammitində iştirak edir. Lakin bu, BVF ilə rəsmi danışıqların başlaması demək deyil. Analitiklərin fikrincə, Türkiyə xarici maliyyələşməyə olan tələbatını BVF-siz də təmin edə bilər. Lakin investorların etibarlılığını artırmaq üçün BVF-lə saziş vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR